8 May - Şuşanın işğalının 20-ci ildönümü
08 May 2012, 14:23 (GMT +4)
 Böyütmək üçün klik edin
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Şuşa qalası XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib və ilk çağlarda şəhər xanın şərəfinə Pənahabad adlandırılıb. 1757-ci ilə qədər burada xeyli abidə tikilib. Rusiyanın müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati-iqtisadi mərkəzi olub. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas mədəni mərkəzlərindən biri sayılıb. Rəsmi, ictimai, adət-ənənə, milli kolorit, əxlaq, din baxımından Şuşa Azərbaycan qəzasının mərkəzi şəhəri kimi yaddaşlara həkk olunub.
|