Dünyanın ən bahalı klublarının siyahısı
26 Aprel 2012, 19:19 (GMT +4)
 Böyütmək üçün klik edin
“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını dərc edib. Siyahıda birinci yeri İngiltərə “Mançester Yunayted”i tutur. “Qırmızı şeytanlar” ötən bir il ərzində 20 faiz bahalaşıb. Kluba 2,2 milyard dollar qiymət qoyulub. Reytinq tərtib olunarkən, komandaların gəliri, mənfəəti və borcları nəzərə alınıb. İkinci yerdə olan İspaniyanın “Real" (Madrid) klubunun qiyməti 29 faiz artıb və 1,8 milyarda çatıb. Üçüncü pillədə isə 1,3 milyard dollar dəyərə malik “Barselona” qərarlaşıb. İlk “onluq”da sonrakı pillələri İngiltərə, İtaliya və Almaniya klubları tutur.
|