Ölkələr üzrə benzin qiymətləri
20 Aprel 2012, 11:54 (GMT +4)
 Böyütmək üçün klik edin
Dünyanın müxtəlif regionlarında oxşar məhsulların dəyəri hər zaman fərqlənir. Bu, istehsal xərclərindən və mənfəət normlarından asılıdır. Bir qayda olaraq, rəqabət eyni məhsulun qiymətini minimuma endirir. Ancaq dünyada benzinin ölkələr arasında qiymət fərqi mövcuddur. İndi müasir insan avtomobildən dəbdəbə xatirinə deyil, nəqliyyat vasitəsi kimi istifadə edir. Avtomobil istehsalçıları çox bahalı və azbüdcəli maşınlar buraxmaqla, bütün sosial təbəqələrin tələblərinə cavab verməyə çalışırlar. Ancaq avtomobil almaq heç də onu sürməkdən zövq almaq üçün lazım olan xərclərin hamısını ifadə etmir. Məhz enerjinin qiyməti gələcəkdə ölkədə yaşayışın dəyərini və maşınqayırmanın keyfiyyətini müəyyənləşdirəcək amildir.
|