Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin qurulmasının 20 illiyi
07 Aprel 2012, 11:14 (GMT +4)
 Böyütmək üçün klik edin
Bu il Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümüdür. Bu müddət ərzində iki ölkə arasında 85 sənəd imzalanıb. Hazırda Rusiya və Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir. Dövlətlərarası Bəyannaməyə əsasən, Azərbaycan Respublikası və Rusiya Federasiyası ikitərəfli əlaqələr, dövlət suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət, bərabər hüquq, daxili işlərə qarışmama, zor işlətməmə və ya zor işlətməklə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, öhdəliklərin vicdanla yerinə yetirilməsi, habelə beynəlxalq hüququn digər ümumtanınmış normaları əsasında münasibətləri yeni, daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq prinsiplərinə sadiqdirlər. Onlar iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində bir-birinin səylərini dəstəkləyirlər.
|