Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - 20 il
26 Mart 2012, 12:52 (GMT +4)
 Böyütmək üçün klik edin
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaranmasından 20 il ötür. AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv seçilib və bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.
AFFA-nın 2008-ci il martın 14-də keçirilmiş növbədənkənar konfransında Rövnəq Abdullayev qurumun prezidenti seçilib. O, bu ilin martın 9-da keçirilən növbəti hesabat-seçki Konfransında yenidən daha 4 illiyə bu təşkilatın rəhbəri seçilib.
|