Rusiya Federasiyasının yeni prezidenti Vladimir Vladimiroviç Putin
09 Mart 2012, 16:38 (GMT +4)
 Böyütmək üçün klik edin
Federasiya Şurasının qərarına əsasən, Rusiyada prezident seçkiləri 2012-ci il martın 4-də keçirilib. İlk dəfə olaraq, Rusiyada prezident 6 il müddətinə seçilib. 2011-ci il sentyabrın 24-də Rusiyanın üçüncü prezidenti Dmitri Medvedevin təklifi ilə Vladimir Vladimiroviç Putin "Vahid Rusiya" partiyasından namizəd seçilib və seçkilərin birinci mərhələsində seçicilərin 63,6 %-nin səsini qazanaraq qalib gəlib. Vladimir Vladimiroviç Putin (7 oktyabr 1952, Leninqrad) – Rusiyanın dövlət və siyasi xadimidir, 1999 və 2008-ci illərdə Rusiya Federasiyası hökumətinin rəhbəri seçilib. Rusiya Federasiyasının ikinci prezidentidir (2000-2008-ci illər). İxtisasca hüquqşünasdır, iqtisad elmləri namizədidir. "Vahid Rusiya" partiyasının sədridir.
|