Xocalı soyqırımı - 20
25 Fevral 2012, 15:30 (GMT +4)
 Böyütmək üçün klik edin
Erməni silahlı qüvvələri tərəfindən yüzlərlə Azərbaycan vətəndaşlarına qarşı törədilən kütləvi soyqırımı Dağlıq Qarabağ ərazisində yerləşən Xocalı adlı kiçik şəhərdə, fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Xocalıya olan hərbi müdaxilə və canlı koridor vasitəsilə qaçmağa çalışan mühasirəyə alınmış dinc əhaliyə qarşı olan ardıcıl soyuqqanlı atəş nəticəsində 83 uşaq, 106 qadın və 70-dən çox yaşlı insan olmaqla, 613 nəfər həlak olmuş, 487 nəfər yaralanmış, 1275 əsir alınmış və 150 nəfər itkin düşmüşdür.
|