Prezidentlər Günü - ABŞ-ın milli bayramı
20 Fevral 2012, 13:57 (GMT +4)
 Böyütmək üçün klik edin
ABŞ-ın milli bayramı Prezidentlər Günü hər il fevralın üçüncü bazar ertəsi qeyd olunur. 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson Corc Vaşinqtonun doğum gününün adını dəyişərək Prezidentlər günü adlandırmağı təklif edib. Bununla o, təkcə C.Vaşinqtonu (qanuna əsasən), yaxud Avraam Linkolnu (bəzi ştatlarının ənənəsinə əsasən) deyil, ABŞ prezidenti olmuş bütün şəxsləri yad etməyi təklif edib. Təklif qanun səviyyəsinə çatmasa da, ictimai fikirdə özünə dərin kök salıb. Prezidentlər günü, ilk prezident Corc Vaşinqtonun (22 fevral 1732) və 16-cı prezident Abraam Linkolnun (12 fevral 1809-cu il) ad günləri arasında qeyd olunur.
|