Qanlı Yanvar
19 Yanvar 2012, 17:05 (GMT +4)
 Böyütmək üçün klik edin
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi, Azərbaycanda misli görünməmiş faciəyə səbəb oldu.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsi, Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına can atan Azərbaycan xalqının həm də mübarizliyi, əyilməzliyi və məğrurluğuna bariz nümunədir. Məhz bunun nəticəsində Azərbaycan xalqı uzun illər boyu həsrətində olduğu müstəqilliyinə qovuşdu.
Hər il ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad olunur. Bu gün Ümumxalq hüzn günü kimi əbədiləşdirilib.
|