Prezident İlham Əliyev - 50
23 Dekabr 2011, 17:09 (GMT +4)
 Böyütmək üçün klik edin
Prezident seçildikdən sonra İlham Əliyevin fəaliyyətinin əsas istiqaməti olaraq daxili istehsal və neft sənayesinin inkişafına nail olunması seçildi. Daxili inkişaf baxımından başlıca məqsəd kimi, iqtisadiyyatın liberallaşdırılması və daxili investisiyaların stimullaşdırılması xətti götürüldü. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı (2004—2008-ci illər) yeni iqtisadiyyat strategiyası çərçivəsində 500 min yeni iş yerinin açılması, ÜDM-un qeyri-neft sektoruna düşən payının artırılması, özəl sektorun inkişaf etdirilməsi, özəl regional müəssisələrə maliyyə yardımı üzrə xüsusi proqramların həyata keçirilməsi, tikinti, həmçinin, tibb, təhsil və idman müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması kimi məqsədlər qarşıya qoyuldu.
|