Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulub

10 Noyabr 2015, 17:21 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. Şabran və Xaçmaz rayonlarında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti Açıq Ölkə Çempionatına yekun vurulub.

SalamNews xəbər verir ki, iki gün davam yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə aparıb.

Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıb. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Orta məsafədə olduğu kimi uzun məsafədə də Delins Kaspars (Latviya) fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Fövqəladə Hallar Nazirliyinin idmançısı Hüseynzadə Mirzə ikinci, Cevdet Coşkun (AOSK) isə üçüncü olub.

Q21 kateqoriyasında orta məsafədə Neftçi klubunun idmançısı, dəflərlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanıb. Həmin kateqoriyada uzun məsafədə Nataliya Əliyeva bütün nəzarət məntəqələrində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer almış, Maşkova Olqa (DİK) və Anna Kamayeva (İrbis İK) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında Neftçi klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olub.

Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyul 2018, 18:07 (GMT +4)
Avropa İttifaqı və Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi layihə ilə bağlı seminar keçirilib

19 İyul 2018, 18:02 (GMT +4)
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb

19 İyul 2018, 17:58 (GMT +4)
Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub

19 İyul 2018, 17:53 (GMT +4)
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb

19 İyul 2018, 17:50 (GMT +4)
İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

19 İyul 2018, 17:45 (GMT +4)
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər

19 İyul 2018, 17:40 (GMT +4)
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər

19 İyul 2018, 17:36 (GMT +4)
25 yaşlı gəncin meyiti tapılıb

19 İyul 2018, 17:28 (GMT +4)
UEFA reytinqi – Azərbaycanın mövqeyi dəyişməz qalıb

19 İyul 2018, 17:20 (GMT +4)
“ASAN xidmət” psixoloji problemləri olan uşaqlara dəstək verir

19 İyul 2018, 17:12 (GMT +4)
DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb

19 İyul 2018, 17:08 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi qarpızın bahalaşmasına münasibət bildirib

19 İyul 2018, 17:00 (GMT +4)
I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq

19 İyul 2018, 16:45 (GMT +4)
AFFA daha bir kluba sponsorluq edəcək

19 İyul 2018, 16:30 (GMT +4)
Prezident: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq

19 İyul 2018, 16:13 (GMT +4)
Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb

19 İyul 2018, 16:04 (GMT +4)
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub

19 İyul 2018, 15:50 (GMT +4)
Sudanın Azərbaycandakı səfiri İlahiyyat İnstitutunda olub

19 İyul 2018, 15:30 (GMT +4)
Dövlət Neft Fondu bu il 2,8 ton qızıl alıb

19 İyul 2018, 15:09 (GMT +4)
STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

19 İyul 2018, 14:50 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər

19 İyul 2018, 14:36 (GMT +4)
Misir universitetlərinə təqaüd proqramı elan edilib

19 İyul 2018, 14:28 (GMT +4)
İordaniya şahzadəsi “ASAN xidmət”də olub

19 İyul 2018, 14:13 (GMT +4)
Bakıda “Global İnfluencer Day” keçiriləcək

19 İyul 2018, 14:01 (GMT +4)
Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

19 İyul 2018, 13:50 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

19 İyul 2018, 13:28 (GMT +4)
Bir gündə yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb

19 İyul 2018, 13:22 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib

19 İyul 2018, 13:11 (GMT +4)
Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

19 İyul 2018, 13:01 (GMT +4)
AzTA: Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66